14 Mart, 2019
Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb

Sumqayıtda dənizdə batan gəncin meyiti tapılıb.  Dənizdə batdığı ehtimal olunan, 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun meyiti FHN xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Saat 11:17

***

Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.(ONA)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!