4 İyun, 2011
Elmar Məmmədyarov Hillari Klinton bir arada

Enerji sahəsindəki əməkdaşlıq müzakirə edib.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ-ın Dövlət Katibi xanım Hilari Klinton ilə görüşüb. 

XİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, ilk öncə, xanım Klinton nazir E.Məmmədyarovu salamlayaraq, Azərbaycana terrorizm ilə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, ikitərəfli əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. 

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələri, xüsusilə enerji sahəsindəki əməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirə edib.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!