13 Mart, 2019
Astarada 8 il əvvəlki cinayətinin üstü açıldı

Astara rayonunda 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb. 2011-ci il aprel ayının 18-də rayonun Pensər kənd sakini K.İsmayılovaya məxsus yaşayış evindən 2775 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib. Araşdıırmalarla oğurluğu törədən şəxsin sonradan qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, quldurluq, hədə-qorxu ilə tələb etmə maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Lerik rayon sakini Yaşar Şəfiyev olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!