13 Mart, 2019
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda komitə sədri Eldar İbrahimov gündəlikdə olan qanun layihələri ilə bağlı məlumat verib. E.İbrahimov deyib ki, bunlar “Fitosanitar nəzarəti haqqında”, "Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında”, “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında”, “Elektrik və istilik stansiyaları haqqında”, “Auditor haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yeyinti məhsulları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlara, o cümlədən Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Komitə sədri qeyd edib ki, dəyişikliklər bu qanunların digər qanunlara uyğunlaşdırılması üçün edilir. Müzakirələrdən sonra layihələr parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!