13 Mart, 2019
Yaponiyada zəlzələ olub

Yaponiyada güclü zəlzələ baş verib. Yaponiya Baş Meteoroloji İdarəsi təkanların 5,2 bal gücündə olması barədə məlumat verib. Məlumata görə, zəlzələ Vakayama prefekturasında Ki körfəzi sahillərində qeydə alınıb. Zəlzələnin 50 metr dərinlikdə baş verdiyi bildirilir. Məlumata görə, təkanlar Yaponiyanın 47 prefekturasının 22-ində hiss olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!