13 Mart, 2019
Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib.  “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, aprelin 1-də Kiyev hava limanında olacağını deyib. Saakaşvili əlavə edib ki, bu qərar Ukrayna prezidenti Petr Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməməsi ilə əlaqədardır. O artıq təyyarəyə bilet də aldığını diqqətə çatdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!