12 Mart, 2019
AzTV-də növbəti təyinat - FOTO

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov tərəfindən qurumun Mətbuat xidmətinin rəhbəri vəzifəsi tanınmış jurnalist Mübariz Aslanova həvalə olunub. Simsar.az report-a istinadən xəbər verir ki, M.Aslanov artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" informasiya agentliklərində fəaliyyət göstərib. Mübariz Zakir oğlu Aslanov 1982-ci il martın 10-da Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində oxuyub, magistr dərəcəsi alıb.

Məlumat üçün bildirək ki, Mübariz Aslanova qədər həmin vəzifəni Xatirə Qasımova icra edirdi. X. Qasımova bir müddət əvvəl, vəzifəsindən azad olunaraq, qurumun akademiyasına göndərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!