11 Mart, 2019
Şəhidimiz dəfn edildi - FOTO

Ötən gün İran-Azərbaycan sərhədindən sərhədini pozmaq istəyən silahlı qrupla atışmada həlak olan kiçik çavuş Səxavət Məmmədov dəfn edilib.

S. Məmmədov Göygöl rayonu, Yeni Qızılca kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, sərhədçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən gün İran-Azərbaycan sərhədini pozmaq istəyən silahlı qrupla atışmada Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu həlak olub.Faktla bağlı cinayət işi başlanıb.(Ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!