4 İyun, 2011
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı

Həmin gün prezident İlham Əliyev Bakıya qayıdıb.

İtaliya Respublikasının prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyi və Respublika Günü münasibətilə paytaxt Romada keçirilmiş təntənəli bayram mərasimində iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin işgüzar səfəri iyunun 3-də başa çatıb. Bu barədə APA Azərtaca istinadən məlumat verir.

Həmin gün prezident İlham Əliyev Bakıya qayıdıb.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!