6 Mart, 2019
Bakı şəhərində orta aylıq əməkhaqqı 788 manat olub - RƏSMİ

Yola saldığımız 2018-ci ildə Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki illə müqayisədə 0,3% və ya 2 manat 30 qəpik artaraq 788 manat 10 qəpik olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Məlumat üçün onu da bildirək ki, 2017-ci ildə Bakı şəhərində orta aylıq nominal əməkhaqqı 2016-cı ilə nisbətən daha çox - 6,1% artıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!