4 İyun, 2011
Ermənistan daha bir dinc sakinimizi qətlə yetiriblər

1959-cu il təvəllüdlü Piriyev Yelmar Qənimət oğlu həlak olub

Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonunun Çəmənli kəndi istiqamətində açdıqları atəş nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini, kənd yaxınlığında qoyun otaran 1959-cu il təvəllüdlü Piriyev Yelmar Qənimət oğlu həlak olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qarın nahiyəsindən yaralanan Piriyev növbəti güllədən qorunmaq üçün özünü yaxınlıqdakı xəndəyə tərəf sürünüb və elə orada keçinib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!