5 Mart, 2019
Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşdı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılıb. Komissiyanın indiyə qədər keçirilən iclaslarında baxılan müraciətlərin ümumi sayı 500-dən artıqdır.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!