4 Mart, 2019
Daha bir Komitə canlı yayımda sualları cavablandıracaq

Martın 5-də Dövlət Gömrük Komitəsinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda "Yaşıl Dəhliz" buraxılış sistemi və "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Yeniavaz.com Komitəyə istinadən xəbər verir ki, saat 12:00-13:00 arası baş tutacaq canlı yayımda suallara Komitənin mütəxəssisləri tərəfindən cavab veriləcək.

Qeyd edilir ki, suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!