4 Mart, 2019
Təsərrüfat işləri zamanı insan sümükləri tapılıb

Mingəçevirdə təsərrüfat işləri zamanı insan sümükləri, alətlər və iri küp tapılıb.

Simsar.az Yeniavaz.com - a istinadən xəbər verir ki, tapıntılar şəhərin Bağlar yaşayış massivi ilə Bozdağ silsiləsi arasındakı ərazidə aşkarlanıb. Sözügedən məkanda heyvandarlıq və kənd təsərrüfatı işləri ilə məşğul olan Azər İbrahimov əkin aparan zaman burda qədim əşyalar rast gəlib. Güclü yağışlardan sonra isə dağın ətəyində skletlərin üzə çıxmasının şahidi olub. Qamışlıq ərazidə tapılan iri küp isə yerin altında illərlə qalmasına baxmayaq bu gündə işlək vəziyyətdədir.

Tapılan müxtəlif əşyalar, insana aid olduğu iddia edilən kəllə sümükləri ərazinin qədimliyindən xəbər verir. Şəhər sakini əkin aparan zaman üzərində ərəb əlifbası ilə yazı həkk olunmuş yarımçıq qəbirüstü daş da aşkarlayıb.

Bu cür tapıntılar ərazidə kifayət qədərdir. Dəfələrlə yerli çobanlar da otlaq sahəsində üzərində qəribə çizgilər həkk olunmuş miskərlik nümunələrinə rast gəldiklərini bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!