2 Mart, 2019
Ucarda 3 nəfər intihara cəhd edib

Ucarda intihara cəhd edilib.Hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Hələlik kimlikləri məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyiblər.

Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır. Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!