2 Mart, 2019
Prezidentlə görüşə dəvət olunmayan Rasim Balayev: "Görünür, siyahını tutanlar..."

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Simsar.az  BAKU.WS-ə istinadən xəbər verir ki, görüşdə Xalq artisti Rasim Balayevin iştirak etməməsi diqqət çəkən məqamlardan biri olub.

“Bakıdayam, amma məni dəvət etməyiblər. Səbəbini bilmirəm. Görüşün baş tutduğunu axşam televizora baxanda bildim. Mənim hökumətlə heç bir problemim yoxdur. Bir neçə ay əvvəl mənim 70 illik yubileyimi qeyd etmişdilər. “Şərəf” ordeni ilə də təltif edilmişəm. Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tərtib edənlər məni nəzərə almayıblar" - xalq artisti bildirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!