1 Mart, 2019
Azərbaycanda məktəb yanıb: Xəsarət alanlar var

Saxmu rayonu Tatlı kəndində ümumi sahəsi 404 kvadrat metr olan səkkiz otaqlı məktəb binasında yanğın olub.  Sobanın həddindən artıq qızması səbəbindən borular partlayıb və tüstülənmə olub. Had isə yerinə dərhal iki yanğınsöndürən maşın və təcili yardım briqadaları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Hadisə dərs vaxtı baş verdiyi üçün 10-a yaxın müəllim və şagird qorxub, eləcə də, yaranmış tüstüdən özlərini pis hiss ediblər. Onlara hadisə yerində yardım göstərilib.(oxu.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!