3 İyun, 2011
Yəmən prezidenti öldürüldü?

Müxalifət Abdulla Salehin ölüm xəbərini yaydı

Yəmən müxalifət ölkə prezidenti Əli Abdulla Salehin öldürüldüyü barədə xəbər yayıb.

Simsar.az-ın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Ə. A. Saleh prezident sarayı ərazisindəki məscidin atəşə tutulması nəticəsində həlak olub. Hücumda parlamentin sədri, baş nazir və baş nazirin müavini yaralanıb.

Başqa xəbərlərə görə Yəmənin paytaxtı Sanada atışma zamanı ölkə prezidenti Əli Abdalla Saleh yaralandığı deyilir. Simsar.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, atışma zamanı ölkənin baş naziri də yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!