10 Yanvar, 2019
Aybəniz Haşımovadan yeni layihə

Əməkdar artist Aybəniz Haşımova yeni layiheye imza atıb. Bu barədə simsar.az -a danışan sənətkar bildirib ki, layihənin ideya müəllifi özüdür. "Tələbəm Həsənlə birlikdə  dahi Hüseyn Cavidin sözlərinə yazılan "Kor ərəbin mahnısı"nın çəkilişlərinə çaşlamışıq. Böyük bir komanda ilə Cavid Əfəndinin həyatına qiyabi də olsa daxil olduq. Onun həyatını vərəqlədikcə anladım ki o böyük insan olubş. Həyatını əsl kişi kimi yaşadı. Söz xətrinə söz deməyib, yaltaq, dostunu satan, qatil, şərəfsiz olmayıb. Nə qədər ki, Azərbaycan var, o qədər də Cavid Əfəndi olacaq. Onu sevə-sevə oxuyan Həsən Əliyevlərin ruhunda, səsində yaşayacaq." A.Haşımova tələbəsi H.Əliyevin xoşbəxt olduğunu da bildirib. "Ona gğrə ki, o bu gün böyük Cavidin masasında əyləşib onun əşyalarına toxundu. Bir anlıq da olsa, Cavid dünyasına qərq oldu. Bu cür balalarımızın sənət yolu hər zaman işıqlı olsun." Sonda Aybəniz xanım bildirib ki, ekran işinin rejissoru Nadir mehdiyevdir. Əməkdar artist texniki işlərə görə CNF dəstəyə görə isə H.Cavidin ev muzeyinə təşəkkürünü bildirib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!