27 Noyabr, 2018
Sabahın HAVASI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az- a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 8-10, gündüz 14-18, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!