10 Oktyabr, 2018
Elçin Əlibəyli pulsuz tədris elan etdi

Simsar.az xəbər verir ki, teleaparıcı Elçin Əlibəyli öz "facebook" səhifəsində televiziya sahəsində çalışmaq istəyənlərə müraciət edib.

"Gənclərin nəzərinə! Televiziya (yutub) aparıcılığı, redaktorluğu və prodüserlik sənətlərinin fərdi, pulsuz tədrisini təklif edirəm. Tədris iki gün nəzəri, üç gün praktik aparılacaq. Aparıcılıq üzrə 2 nəfər, redaktorluq 1 nəfər, prodüserlik üçün 1 nəfər yer nəzərdə tutulub. Arzu edənlər özləri haqqında altı cümlədən ibarət ətraflı məlumat və CV elchinalibeyli@gmail.com ünvanına yollaya bilərlər. Bircə tələb istənilən xarici dili anlamaq səviyyəsində bilməkdir. Buyurun, sizi gözləyirəm."

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!