9 Oktyabr, 2018
Yağış yağacağı gözlənilir - PROQNOZ

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Simsar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, oktyabr ayının 10-11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir: "Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-25, bölgələrdə 21-26, dağlı ərazilərdə isə 13-18 dərəcə isti müşahidə olunacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!