5 Oktyabr, 2018
Xəyyam Mirzəzadənin doğum günüdür

Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Xəyyam Hadı oğlu Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Həmin ildən orada çalışmağa başlayıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Azərbaycan Lenin komsomolu mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,

SSRİ Dövlət mükafatı laureatı, professor, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" Ordeni, kimi titulları alıb. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 30 iyul 2018 - ci il tarixdə vəfat edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!