5 Oktyabr, 2018
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib

Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman mzalayıb. Dəyişikliklə Əsasnamənin III (Nazirliyin vəzifələri) hissəsinə yeni 8.10-3 bəndi əlavə edilib.

Əlavəyə əsasən, Səhiyyə Nazirliyi həm də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!