4 Oktyabr, 2018
Kənan M.M: "Cinsi azlıqlar kişilərə "kişi kimi" yaşamağı öyrədir"

"Əslində rolum balaca idi. Amma çəkildiyim ilk bölümdən sonra rolumu uzatdılar.  Biləndə ki, mən rejissoram çəkdiyim filmlər var onlara maraqlı gəldi. Rejissorumuz dedi ki, oğlum sən özün rejissorsan, filmlərin var burada nə işin var? Mən onları başa sala bilmədim ki, bizim cəmiyyətə nə mən, nə də mənim çəkdiyim filmlər lazım deyil." Bu sözləri simsar.az -a Türkiyənin məşhur "Savaşçı" serialına çəkilən rejissor Kənan M.M söyləyib. Rejissor bundan əlavə bəzi jurnalistlər, sytlar və TV-lərin də üncanına kəskin fikirlər bildirib.

"Hər əlinin altında kompyuter olan, hər paylaşım edən jurnalist deyil. Cinsi kimliyi bilinməyənlərin oynamağını, yediyi yeməyi paylaşmağını, əxlaqında şübhəli olanların bir-birlərinə söz atmalarını xəbər edənlər jurnalist deyillər. Biz nə vaxt belə olduq, bu hallara düşdük? Cinsi azlıqlar kişilərə "kişi kimi" yaşamağı öyrədir. Arientasiyası şübhəli olanları efirdə professorla yanaşı oturdurlar. Milli dəyərlər ölüb. Nəyə görə mənim övladım efirə baxıb sual verməlidir ki, ata bu qızdı yoxsa oğlan? Xəbər başlıqları biabırçı vəziyyətdədir. Axı mənim nəyimə lazımdı hansısa müğənninin evinin təmirinin qurtarması xəbəri?"

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!