4 Oktyabr, 2018
Hacı Nuranın səhhəti pisləşdi

Yaxşı deyiləm, özümü pis hiss edirəm. Səhhətim yerində deyil. Simsar.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında “Həyat” fondunun prezidenti, aparıcı Hacı Nuran Hüseynov deyib. O bildirib ki, hazırda səhhəti qənaətbəxş vəziyyətdə deyil. “Bu günlərdə Almaniyaya gedəcəyəm. Ağrılarım var, günü-gündən arıqlayıram. Özümü narahat hiss edirəm”, - deyə Hacı Nuran bildirib.

Qeyd edək ki, Hacı Nuran ötən günlərdə xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicə üçün Almaniyaya göndərilmişdi.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!