3 Oktyabr, 2018
Jurnalistə vəzifə verildi

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində mətbuat katibi vəzifəsi təsis olunub. Simsar.az xəbər verir ki, qurumun ilk mətbuat katibi vəzifəsinə jurnalist Dilqəm Şərifov təyin edilib. Xatırladaq ki, D.Şərifov 2005-2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor və aparıcı vəzifələrində çalışıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!