3 Oktyabr, 2018
Vasif Talıbov dindarlara maşın hədiyyə etdi - Foto

Naxçıvanda dini icmalar üçün xidməti avtomobillər verilib.

Simsar.az “Qafqazinfo” - ya istinadən xəbər verir ki, maşınlar Babək qəsəbəsində məscid və mərasim evinin istifadə verilməsi zamanı təqdim olunub.

Açılışda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Azərbaycan Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. “Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub”.

Ali Məclisin Sədri bu sahədəki fəaliyyətə görə muxtar respublika dindarlarına təşəkkür edib.

Sonda V. Talıbov Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!