4 May, 2018
Rasim Balayevdən kəskin sözlər: "Küçə adamları efirlərə çıxır" - VIDEO

Xalq artisti Rasim Balayev televiziyaları sərt tənqid edib. Simsar.az xəbər verir ki, o, “Yeni Avaz”a müsahibəsində bu barədə danışıb: “Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadır. Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir.

Nə cür geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?”

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!