23 Aprel, 2018
Formula 1 komandaları artıq Bakıdadır

2018-ci il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb. Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.

O qeyd edib ki, komandaların avadanlıqları da Bakıya gətirilir. Bu həftə içində böyük logistika işləri həyata keçirilməlidir, çünki hər bir komanda öz avadanlığını gətirir. N.Arpadarai əlavə edib ki, bütün işlər qrafikə uyğun həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!