3 Aprel, 2018
Deputatlar bu gün toplaşır – 25 məsələ müzakirə ediləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, ilik öncə iclasda Azərbaycan ilə Əfqanıstan arasında hava əlaqəsi və sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər təsdiq olunacaq.

Daha sonra iclasda Mülki Məcəlləyə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Kredit büroları haqqında", "Bank olmayan kredit təşkilatlar haqqında", "İcra haqqında", "Tibbi sığorta haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə, iclasın gündəliyinə 25 məsələ daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!