31 Mart, 2018
Elçin Əlibəyli: "Hər il bir bədii film çəksəydik..." - İRAD

Sənətşünas, teleaparıcı Elçin Əlibəyli 31 mart hadisələri ilə bağlı hələ də bədii və sənədli filmlərin çəkilməməsindən və bu gün efirlərdə bu baxımdan yaşanan boşluqlardan danışıb. O, bu barədə öz facebook səhifəsində yazıb: "20 il ərzində 31 mart soyqırım günü rəsmi qeyd olunur. Bu 20 ildə hər il bir bədii film, çox seriyalı bədii-sənədli televiziya filmləri çəksəydik bu gün xarici filmlərlə və təkrar söhbətlərlə efirləri doldurmazdıq. Burada əsas məsuliyyət aşağıdakılara düşür:

1. Dövlət büdcəsindən milyonlar alan AzTV və İTV;

2.İldə kino çəkilişinə ayrılan vəsaitlər hesabına çəkilən rəflərdə yatan, əksəriyyəti bədii cəhətdən zəif filmlər əvəzinə məhz bu mövzuda film sifariş verməyən MTN-nin Kinematoqrafiya şöbəsi;

3.Ölkədə "çıqqıdıya", müğənnilərə və onların iştirak etdiyi verilişlərə sponsorluq edən, şadlıq evləri tikdirən milli təssübkeşliyi olmayan milli burjuaziya.

Və bunu tələb etməyən, səsini çıxarmayan siyasətçilər, deputatlar, ziyalılar. Ermənilər isə özlərinin uydurduğu 1915 soyqırımına həsr edilmiş neçə-neçə bədi film (hətta Hollivudda) və seriallar çəkiblər. Bax belə."

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!