3 İyun, 2011
BDU-dan xaric olunan tələbə vətənə dönmək istəmir-EKSKLÜZİV

Türkiyədə yaşayan Cavid Mehrəliyev: “Mənə BDU lazım deyil”

“Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və KXCP üzvü Cavid Mehrəliyevin Bakı Dövlət Universitetinə (BDU) bərpasına baxıla bilər”. Bunu bir neçə gün öncə jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib. 

BDU-dan xaric olunan tələbə C.Mehrəliyev isə universitetə bərpa olunmaq istəmir. Hazırda Türkiyədə olan C.Mehrəliyev Simsar.az-a açıqlamasında bildirib ki, onları aldadırlar: “Məni Azərbaycana gətirmək istəyirlər. Lazım deyil mənə o universitet. Bu gün bərpa edib, sabah yenə də qovacaqlar ”.

C.Mehrəliyev qeyd edib ki, Türkiyədə yaşamaq onun üçün daha maraqlıdı: “Mən Azərbaycana gəlmək istəmirəm”.

RAMİL


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!