19 Mart, 2018
İranda zəlzələ olub

İranın cənubunda yerləşən Buşehr əyalətində 5 bal gücündə zəlzələ olub. “R“Anadolu” agentliyi xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar martın 19-da Bakı vaxtı ilə səhər saat 9 radələrində 11 km dərinlikdə baş verib. Zəlzələnin mərkəzi əyalətin Gonaveh rayonu olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yayılmayıb.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!