17 Mart, 2018
Los-Ancelesdə iki erməni öldürüldü

ABŞ-ın Los-Anceles şəhərində iki erməni öldürülüb.  Erməni KİV bildirir ki, 47 yaşlı Akop Papazyan və 57 yaşlı Vardqes Mesropyan odlu silahdan aldıqları yaralardan ölüblər. Mesropyan hadisə yerində, Papazyan isə xəstəxanada dünyasını dəyişib.

Hadisənin səbəbləri hələlik məlum deyil. Polis ehtimal edir ki, qətl hadisələri kriminal dairələr arasında baş verən münaqişənin nəticəsidir.

Faktla bağlı araşdırma aparılır.(Virtualaz.org)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!