3 İyun, 2011
Mədəniyyət və Turizm Nazirliyindən xəbərdarlıq

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına xəbərdarlıq edib. 

Simsar.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlik vətəndaşlara “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, turizm məhsulunun satışı zamanı ikitərəfli müqavilənin imzalanmasını tələb etməyi, həmçinin xarici ölkələrə turist səfərlərini planlaşdırdığınız zaman xidmətlərindən istifadə edəcəyiniz turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığının (lisenziya) olması barədə məlumat almağı tövsiyə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!