14 Mart, 2018
Türkiyənin baş naziri Azərbaycana səfərə gəlir

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə yola düşüb. Anadolu” agentlyi xəbər verir ki, o, Bakıya yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.

B.Yıldırımı səfərdə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Pariyasının (AKP) parlamentdəki fraksiyalarından birinin sədri Mehmet Muş, AKP sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dosluq qrupunun sədri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çətin müşaiyət edir.

O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri forum çərçivəsində “Güc: Böyük güclər və başqaları” mövzusunda keçiriləcək paneldə çıxış edəcək. B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!