12 Mart, 2018
Nepalda sərnişin təyyarəsi qəzaya uğradı - FOTO

Nepalın paytaxtı Katmandunun beynəlxalq hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. Trend-in məlumatına görə, Banqladeşin “US-Bangla” özəl aviaşirkətinə məxsus təyyarə eniş zamanı uçuş-eniş zolağına düşə bilməyib. Təyyarə aeroport yaxınlığındakı futbol meydançasına düşüb.Qəzadan sonra təyyarədə yanğın başlayıb.

Hadisə nəticəsində həlak olanların olduğu bildirilsə də, bu barədə rəsmi məlumat verilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!