12 Mart, 2018
Yollarda sürət həddi endirildi

Dünən axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında sürət həddi aşağı endirilib.

Bakı Nəqliyyat Agentliyinin saytının yazdığı xəbərə görə Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat müəyyən edilib. Eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!