12 Mart, 2018
“Autizm - ev şəraitində təlim” adlı kitab təqdim olunub

Martın 10-da Azərkitabda müəllif Lalə İsmayılovanın  “Autizm - ev şəraitində təlim” adlı kitabın təqdim etmə mərasimi oldu. Qeyd edək ki,autizmli uşaq anası olan Lalə Ismayılova Xarici Dillər Universitetinin tərcümə fakultəsini bitirib, övladına autizm diaqnozu qoyulduqdan sonra bütün həyatı dəyışən müəllif bu xəstəliyə qalib gəlmək ücün bu sahəni öyrənməyə,bir mütəxəssis kimi öyrəndiklərini tətbiq etməyə başlayıb. O, Rusyanın Surgut şəhərində "Aprel" reabilitasiya mərkəzində oxuyub ve elə orada uşaqlara təlim verib. Daha sonra Amerikanın Autizm and the environment online kursunu bitirib və hazırda Amerikanın Autizm society yəni Autizm cəmiyyətinin üzvüdur. Türkiyyədə autizm üzrə ailə eğitimi alıb.

Kitabdaki təlimin esasında tanınmış alim, amerikalı mütəxəssis Tara Delaninin xüsusi qayğıya ehtiyaci olan uşaqlar ücün hazırladıgı sistem durur. Autizmli uşağa sahib valideyinler ücün faydalı vəsait olan bu kitabdakı təlimlərlə cox əngəlləri aşmaq mümkündür.Oyunlar əsasında qurulan təlimde uşaqlar əylənərək öyrənəcəklər. Hər bir oyunun böyük hədəfləri və məqsədləri var.Sistemli şəkildə qurulan oyunlar sonda autizmli uşagın hansisa bacarıgı qazanmasına səbəb olur.

Bu kitabla öz övladı ilə yanaşı başqa autizmli uşaqlara və analara dəstək olmaq istəyən Lalə İsmayılova onları autizmə təslim olmamağa cağırır: “Autizm hər şeyin sonu demek deyil. Erkən mudaxilə, doğru yol secməklə və düzgün vasitələrdən istifadə edərək autizmə qalib gəlmək mümkündür. Autizmli uşaqlarla zərgər dəqiqliyi ilə işləmək lazımdı”.

Təqdimat mərasimində mütəxəssisler - psixoloq Kəmalə Əliyeva, psixoloq-reabilitoloq Ilham Osmanlı, yazıçı Cinarə Köcərli, Birgə ve Saglam İB - nin  sədri Aytən Eynalova, cixiş edərək bu kitabın autizmli uşaq sahibi olan valideyinlərin maariflənməsində, onların övladları ücün faydalı ola bılməsində  əhəmiyyətli rol oynayacagına inandıqlarını bildirdilər.Təqdimat mərasiminde Lalə İsmayılovanın ideyası ilə autzmli yenıyetmə Əliyev Xaqan ve muəlliməsi İsmayılova Firuzənın Eurovision qalibleri Eldar Nigarın birge ifa etdikləri “Running Scared” mahnısının sədaları altında etdikləri rəqs marağa səbəb olub. Tədbire qartılan  mügənni Eldar bu rəqsi alqışlarla qarşılayaraq,autizmli gəncə öz diskini hədiyyə edib. Təqdimat mərasimi Tüzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi “Fərqliyəm” mahnısının sədaları altında davam edib. Qeyd edək ki, tədbir “Umid var” xeyriyyə birliyinin dəstəyi ilə düzənlənib.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!