9 Mart, 2018
Dollar və avrodan sonra daha bir dünya valyutası gündəmdə

Çin hakimiyyəti yuanı dünya valyutası etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Çin Xalq Bankının rəhbəri Çjou Syaoçuan bildirib.

O qeyd edib ki, Çinin milli valyutası olan yuanın beynəlmiləlləşdirilməsi prosesi üzrə kifayət qədər tədbirlər görülüb: "Bu tədbirlər ticarət və investisiyalarda yuandan istifadəyə imkan verəcək. Bundan başqa, Çin gələcəkdə öz maliyyə bazarını açacaq".

Bank rəhbəri əlavə edib ki, dünya bazarının iştirakçılarının hesablamalarda yuana keçməsi üçün bir xeyli vaxt lazımdır. Qeyd edək ki, 2015-ci ilin noyabrında Beynəlxalq Valyuta Fondu yuanın 2016-cı il oktyabrın 1-dən SDR səbətinə daxil edilməsi barədə qərar qəbul edib. Artıq bu səbətə dollar, avro, funt sterlinq və yapon yeni də daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!