5 Mart, 2018
Metroda yaranan nasazlıq aradan qaldırılıb

“Təxminən 1 saat sonra qatarların hərəkət intervalı bərpa olunub. Sadəcə səhərdən sərnişinləri lazımi səviyyədə daşıya bilmədiyimizə görə, stansiyalara daha çox insan yığılmışdı”. Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, bu səbəbdən də bütün stansiyalarda sıxlıq yaranıb: “Digər tərəfdən də ümumi gecikmə olduğundan qatarlar stansiyalarda mərhələli şəkildə öncəki qatarın getməsini gözləyirdilər. 9:45-dən etibarən problem tam aradan qaldırılıb”.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!