5 Mart, 2018
Bakı metrosunda problem yaranıb

Bakıda metroda qatarların hərəkətində problem yaranıb. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev bilidirib ki, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir:

"Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!