4 Mart, 2018
Lənkəranda 5 nəfər dəm qazından zəhərlənib

Lənkəranda biri uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənib. İlk hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb. Şəhər sakini, 2002-ci il təvəllüdlü Sevinc Mahir qızı Kazımzadə və onun anası, 1970-ci il təvəllüdlü Elmira Həsənalı qızı Kazımzadə hamamda çimərkən dəm qazından zəhərlənib. Onlar təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Hər iki şəxsə ilkin tibbi yardım göstəriləndən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri kafi qiymətləndirilir.

Digər 3 nəfər isə rayonun Balıqçılar qəsəbəsində dəm qazından zəhərlənib. Belə ki, 1966-cı il təvəllüdlü Təxminə Bəxtiyar qızı Sadıqova, onun qızı 2012-ci il təvəllüdlü Yaqut Daşdəmir qızı Sadıqova, həmçinin ailənin digər üzvü Tünzalə Saleh qızı Sadıqova ev şəraitində dəm qazından zəhərlənib. Onlar da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktlarla bağlı araşdırma aparılır.(virtual)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!