23 Fevral, 2018
YAP imzaları MSK-ya təqdim edib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyinin qeydə alınması üçün toplanan imzaların partiyada yoxlanılması prosesi başa çatıb.bu barədə Siyavuş Novruzov məlumat verib. O bildirib ki, toplanan imzalar və zəruri sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

S.Novruzovun sözlərinə görə, YAP İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə prezident seçkiləri təyin edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!