21 Fevral, 2018
Xuraman Vəfa: " Şansım dönəcək" - ŞEİRLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

Demək sevməmisən məni heç zaman,

Vədin də, andın da yalan olubmuş.

Hər gecə boynuma sarılıb yatan,

Sən demə zəhərli ilan olubmuş.

 

Yaşada bilmədim məhəbbətimi,

Könlümün evində öldürdün onu.

Bir dəfə qoymadın bağrıma basım,

Hicran məzarında gömürdün onu.

 

Qəzaya uğratdın eşq həyatımı,

Şansım dönməyəcək bir daha geri.

Elə oxlamısan qəlbimdən məni,

Yaram çox dərindi sağalmır yeri.

 

Eşqimə nələri qurban vermədim,

Sən bu canımı da qurban istədin.

Verəcək bir şeyim qalmadı daha,

Bir candır, onu da talan elədin.

 

Hansı niyyət ilə gəlmisən yenə?!

Boşuna dil töküb yalvarma mənə.

Çox geri dönmüsən, peşmanam deyib,

Daha etibarım qalmayıb sənə.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!