8 Fevral, 2018
Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb

Bakı-Qazax avtomobil yolunda qatı duman səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Magistralın Goranboy rayon ərazisindən keçən hissəsində səhər saatlarından başlayaraq qatı duman avtomobillərin hərəkətini çətinləşdirib. Sürücülər əlverişsiz hava şəraiti səbəbindən avtomobillərin sürətini azaltmağa və ya avtomobillərini yolun kənarına çəkərək hərəkəti dayandırmağa məcbur olublar. Hazırda dumanlı hava şəraiti davam edir.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!