29 Yanvar, 2018
Qazaxısatanda zəlzələ olub

Qazaxıstanın Almaatı şəhərindən 55 km şərqdə 5.1 maqnitudalı zəlzələ baş verib. Bu barədə respublikanın Təhsil Nazirliyinin Elm Komitəsinin Seysmoloji elmi-təcrübi ekspedisiya xidmətinin məlumatında bildirilir.

"Zəlzələnin episentri Qazaxıstan ərazisində, Almaatıdan 55 km məsafədə yerləşib. Maqnituda 5,1 olub", - deyə xidmətin məlumatında qeyd edilib.

Bildirilir ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə olub.(virtualaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!