8 Yanvar, 2018
Goranboyda 23 yaşlı qız dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə olub. Rayonun Hacıallı kənd sakini, 1995-ci il təvəllüdlü Bəylərbəyova Əfsanə Əhmədqoça qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Ə.Bəylərbəyova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!