13 Dekabr, 2017
Xəzərdə zəlzələ olub

Bu gün səhər saatlarında Xəzər dənizində Rixter cədvəli ilə 3,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Dərbənd şəhərindən 12 kilometr şərqdə qeydə alınıb.Təkanların 74 kilometr dərinlikdə baş verdiyi qeyd olunub. Qeyd edək ki, həmin ərazidə ötən həftə də - dekabrın 8-də 3,4 bal gücündə zəlzələ baş vermişdi.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!